Puqaçova məhkəməyə verildi

Puqaçova məhkəməyə verildi
678 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova məhkəməyə verilib.

Axşam.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Puqaçova Solneçnoqorsk şəhər rayon administrasiyasının əmlak idarəsi komitəsi tərəfindən məhkəməyə verilib. Ondan 2021-ci il aprelin 1-dən 31 dekabr 2022-ci il tarixədək Berejki kəndində torpaq sahəsinin icarəsinə görə, 44 500 rubl (925 manat) tələb olunur.

Bundan başqa, iddiada 16 iyun 2021-ci ildən 11 mart 2023-cü il tarixinədək olan dövr üçün 6700 rubl (139 manat) məbləğində cərimə də öz əksini tapıb.

"Москва" agentliyi isə sözügedən cərimələrin Alla Borisovna Puqaçova adına olsa da, onun həqiqətən SSRİ Xalq artistinə aid olub-olmadığı məlum deyil. Məlumata görə, müğənninin nəvəsi Nikita Presnyakovun Berejki kəndində bağ evi var ki, o da 225 milyon rubla (4,8 milyon manat) satışa çıxarılıb.

Bundan əvvəl İsrailə köçən Alla Puqaçovanın Rusiyadakı son biznesini bağladığı bildirilirdi.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.