"ABBA"dan "Avroviziya" ilə bağlı qərar

"ABBA"dan "Avroviziya" ilə bağlı qərar
808 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçin "ABBA" qrupu "Avroviziya 2024"də çıxış etməkdən imtina edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə qrupun üzvü Benni Andersson yarışmada iştirak etmək arzusunun olmamasıdır:

"Mən istəmirəm. Birimiz yox deyirsə, bu hamımıza aiddir".

Qrupun digər iştirakçısı Börn Ulveus “Biz "ABBA"nın qələbəsinin 50 illiyini səhnəyə çıxmadan qeyd edə bilərik" deyərək,  Anderssonun sözlərinə dəstək verib.

Qeyd edək ki, qrup 1974-cü ildə "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuşdu.