Türkiyəli aktrisa Nilperi Şahinkaya şəxsi həyatı barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heykəltaraş Emre Yusifi sevgili olan aktrisa evlilik barədə düşünmədiyini açıqlayıb:
"Gözəl və sakit davam edən münasibətimiz var. Evlilik barədə düşünmürük, amma toylara getmeyi sevirik. Heç vaxt evlilik gözləntim olmayıb, o barədə danışmamışıq. Evlilik arzum yoxdur".