Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
752 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor və müğənni Ed Ames vəfat edib.

Axşam.az xəbər verir ki, o, 95 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ed fəaliyyətinə 1950-ci ildə "Ames Brothers" qrupu ilə başlayıb və birgə ilk "Rag Mop" hitini yazıblar. Onların 49 mahnısı hit-paradlarda yer alıb. Qrup 1963-cü ildə fəaliyyətini dayandırandan sonra Ed karyerasına tək davam edib. Onun "Who Will Answer?", "My Cup Runneth Over" və "Try to Remember" mahnıları hitlər sırasında yer alıb. Daha sonra o, aktyor kimi özünü sınayıb və Kirk Duqlas, Cin Uaylder və Uilyam Daniels ilə birlikdə "Biri Ququ yuvasının üstündən uçdu" filmində rol alıb. Aktyor "Daniel Boone" və "Mingo" seriallarında da çəkilib.