Bolqarıstan gözəli və həyat yoldaşı öldürüldü

Bolqarıstan gözəli və həyat yoldaşı öldürüldü
4285 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova başından güllələnib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.