Selin Dionun dünya turnesi təxirə düşdü

Selin Dionun dünya turnesi təxirə düşdü
899 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli kanadalı müğənni Selin Dion dünya turnesini təxirə salıb.

Axşam.az xəbər verir ki, buna səbəb sənətçinin əzələ sərtliyi sindromundan (əzələ sərtliyinə və əzələ spazmlarına səbəb olan nadir və sağalmaz nevroloji xəstəlikdir) əziyyət çəkməsi olub.

“Çıxış etmək üçün güc tapmağa çalışdım, amma bunu bacarmayacam. Səhnəyə çıxmağı təxirə salsam, mənim üçün daha yaxşı olar” deyə, müğənni bildirib.

Qeyd edək ki, sənətçi dünya turnesi çərçivəsində 40 konsert verməyi planlaşdırırdı.