Məşhur müğənni Selin Dion pandemiya ərəfəsində ləğv etdiyi konsertlərini hələ də verə bilməyib.
Axşam.az xəbər verir ki, ifaçı çıxışlarını bu ilin fevralında bitirməyi planlaşdıra da, dekabrda planlarının dəyişdiyini açıqlayıb. Selin Dion ölümcül xəstə olduğunu elan edərək, konsert turnesini daha altı ay təxirə salmalı olub. Bu günlərdə isə Selinin yenidən bütün layihələrini ləğv etdiyi açıqlanıb.
"Sizi yenidən məyus etdiyim üçün üzr istəyirəm. Özümü sağaltmaq üçün çox çalışdım, amma bu halda qastrol səfərləri çox çətin ola bilər. Ürəyim parçalansa da, bu, belədir" deyə, Dion bildirib.
Selin yenidən səhnəyə qayıtmaq ümidini itirmədiyini də söyləyib.
Qeyd edək ki, Celin Diona sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulub: əzələ sərtliyi sindromu. Bu diaqnoz milyonda bir adamda rast gəlinir.