Aktyoru öldürüb, cəsədini sandıqda gizlədiblər

Aktyoru öldürüb, cəsədini sandıqda gizlədiblər
5416 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur braziliyalı aktyor Cefferson Maçado yanvarda itkin düşüb. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, həmin ərəfədə heyvan hüquqları müdafiəçiləri 44 yaşlı aktyorun ailəsinə yaxınlaşaraq, kişinin 8 itinin Riodakı evində nəzarətsiz qaldığını söyləyib. Maçadonun anasının dediyinə görə, oğlu ilə sonuncu dəfə yanvarın sonunda danışıb. O, San-Pauluda kastinqə getdiyini və bir dostu ilə qaldığını söyləyib.

Bundan dərhal sonra o, Ceffersondan mesajlar almağa başlayıb. Amma anası ilə telefonla danışmaq istəmədiyini bildirib. Daha sonra aktyorun valideynləri həyəcan təbili çalaraq polisə müraciət ediblər.

Mayın sonunda isə hüquq-mühafizə orqanları dəhşətli cinayətin üstünü açıblar. Onun cəsədi Rio-de-Janeyrodakı daxmanın beton döşəməsinin altından taxta sandıqda tapılıb. "Daily Mail" portalının məlumatına görə, eksqumasiya üçün 9 nəfər lazım olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, kişi boğularaq öldürülüb, boynunda boğulmanın izləri aşkar edilib. Aktyorun əlləri bağlı olub. İstintaq davam edir və əsas şübhəli hələ müəyyən edilməyib. Polis evi kirayə verən şəxsin qatil ola biləcəyini düşünür. Qonşular onu faciədən bir neçə ay sonra mülkə girərkən görüblər. Müstəntiqlərin fikrincə, Maçado qatili əvvəlcədən tanıyırmış.