İkinci dəfə nişanlandı - Foto

İkinci dəfə nişanlandı - Foto
1826 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 25 yaşlı aktrisa Bella Torn kinoprodüser sevgilisi Mark Emssomla nişanlanıb.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb. O, Markla və barmağındakı nişan üzüyü ilə çəkdirdiyi fotosunu instaqram səhifəsində paylaşaraq “Sevgim" şərhini yazıb.

"Vogue Weddings"ə açıqlama verən Bella bildirib ki, nişan iki həftə əvvəl Kaliforniyadakı evində olub. O, toyunun Böyük Britaniyada olacağını və mərsaimdə dörd gəlinlik geyinəcəyini də vurğulayıb. 

Qeyd edək ki, Bella 2021-ci ilin martında musiqiçi Benjamin Maskolla nişanlanmışdı. Cütlük ötən yay ayrılıq qərarı almışdı.