Slava xəstəxanaya yerləşdirildi

Slava xəstəxanaya yerləşdirildi
621 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur müğənni Slava (əsl adı Anastasiya Slanevskaya) xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının sözçüsü "Super.ru"ya açıqlamasında deyib. Onun sözlərinə görə, Slava qəfildən özünü pis hiss edib, temperaturu qalxıb və öskürməyə başlayıb.

Müğənninin dəqiq hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi hələlik bəlli deyil.

Bildirilib ki, hazırda Slavanın bütün ailə üzvlərində eyni simptomlar müşahidə olunsa da, ifaçının vəziyyəti daha ağırdır.