Aralarındakı problemin əsas səbəbi bəlli oldu

Aralarındakı problemin əsas səbəbi bəlli oldu
3268 dəfə oxunub
  • A-
  • A
  • A+

Tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn rusiyalı reper Ciqanın həyat yoldaşı Oksana Samoylovayla aralarındakı əsl problemin səbəbi məlum olub.

Axşam.az xəbər verir ki, bu barədə repçi verilişlərin birində danışıb. O, pis vərdişlərinə görə aralarında problem yaşandığını bildirib:

“Oksana ilə münasibətimiz artıq daha yaxşıdır. Böyük əziyyətlə içkini atdım və siqareti tərgitdim. Artıq dörd aydır ki, qəbul etmirəm. Əsas problem bu idi. Bütün bunlar iki qızımın qarşısında baş verirdi. Çox acınacaqlı görünürdü”.