Conni Deppin konsertləri ləğv olundu

Conni Deppin konsertləri ləğv olundu
482 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Deppin konsertləri ləğv olunub.

Axşam.az xəbər verir ki, buna səbəb aktyorun ayaq biləyini burxması olub.

Bəlli olub ki, Conninin ayağı Kann festivalında rol aldığı "Janna Du Barri" ("Jeanne du Barry") filminin premyerası zamanı da zədəli olub. Bu səbəbdən onun “The Hollywood Vampires” konsert turu ləğv edilib.

Qeyd edək ki, aktyor keçmiş həyat yoldaşı Ember Hörddən qalmaqallı şəkildə boşanıb. Aktrisanın Conni barəsində zorakılıq iddialarını ortaya atmasından sonra aktyorun karyerasında fasilə yaranmış, bir çox film şirkətləri onunla əməkdaşlıqdan boyun qaçırmış, müqavilələrə xitam vermişdilər.

Ötən il Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.