"Seyrana görə səhnə çıxışımın saatını dəyişirəm"

"Seyrana görə səhnə çıxışımın saatını dəyişirəm"
5652 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Demet Akalın “Yalı çapkını” ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi yeni seriyanın fraqmentini izlədikdən sonra bunları yazıb:

“Bu serial Qaziantepdə başladı. Oranın ab-havası, "Ferit"in simpatiyası ilə arasındakı uyğunsuzluğun uyğunluğunu sevdik. Bu cütlüyün dadını qaçırtmayın. Gedin aktyorlarınızı başqa işlərdə parladın. Bu nədir? Mən "Seyran"a görə səhnə çıxışımın saatını dəyişirəm. Biz qadına şiddətə yox deyirik, siz ən sevdiyim serialda qızı vur deyirsiniz".

Qeyd edək ki, ekran işinin baş rollarını Afra Saraçoğlu ilə Mərt Ramazan Dəmir paylaşır.