“Toni Erdman”ın ulduzu vəfat etdi

“Toni Erdman”ın ulduzu vəfat etdi
403 dəfə oxunub
  • A-
  • A
  • A+

“Toni Erdman” filminin ulduzu Peter Simonişek vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Ağır xəstəlikdən əziyyət çəkən aktyor 77 yaşında Vyanada dünyasını dəyişib.

Qeyd edək ki, P.Simonişek "Toni Erdmann", "Zamansız. Yaqut kitabı", "Fantastik heyvanlar: Dambldorun sirləri" kimi filmlərlə məşhurlaşıb. "Toni Erdman" BAFTA, Qızıl Qlobus, Oskarda "Ən yaxşı xarici film" kateqoriyasında namizəd olub. Ekran işi Kann Film Festivalında mükafat qazanıb.