Xəbər verdiyimiz kimi, rusiyalı məşhur müğənni Slava (əsl adı Anastasiya Slanevskaya) xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, sənətçi səhhətindəki problemin səbəbi artıq məlum olub. Bu barədə Slava özü açıqlama verib:
“Mən artıq evdəyəm, hər şey qaydasındadır. Bronxitə uzun müddət dözdüm, amma göründüyü kimi, hər şeyə qadir deyiləm. Özümü həqiqətən pis hiss etdim, amma xəstəxanadan qaçdım, ambulator müalicə olunacağımı söylədim. Dərman içirəm. sistem qoyduracağam. Hamınıza təşəkkür edirəm! Əsas odur ki, yoluxucu deyiləm, məndə koronavirus yoxdur".