Türkiyəli aktyor Fırat Tanış haqqında çıxan eşq iddiaları öz təsdiqini tapıb.
Axşamaz xəbər verir ki, aktyor sevgilisi pianoçu İklim Tamkanla ilk dəfə əl-ələ obyektivlərə tuş gəlib.
Xatırladaq ki, ötən il də görüntülənən ikili eşq iddialarını yalanlayaraq dost olduqlarını demişdilər.
Qeyd edək ki, Fırat keçən ilin fevralında keçmiş həyat yoldaşı Kübra ilə 8 illik evliliklərini bitirib.
