"Kara sevda"nın ulduzları illər sonra eyni layihədə

"Kara sevda"nın ulduzları illər sonra eyni layihədə
4124 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş rolunu Kaan Urqancıoğlunun canlandırdığı "Sen yaşamaya bak" filminin "Sen büyümeye bak" adlı ikinci hissəsinin çəkilişləri iyulda başlayacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində aktyorun tərəf müqabili Melisa Aslı Pamuk olacaq. Film "Netflix"də yayımlanacaq.

Qeyd edək ki, layihənin birinci hissəsində Aslı Ənvər baş rolu canlandırmışdı. 

Melisa Aslı Pamukla Kaan Urqancıoğlu daha öncə "Kara sevda" serialında rol alıblar.