Dünyanın ən varlı aktrisası oldu

Dünyanın ən varlı aktrisası oldu
933 dəfə oxunub
  • A-
  • A
  • A+

"Forbes" jurnalı dünyanın ən varlı aktrisanın adını açıqlayıb.

Axşam.az xəbər verir ki, söhbət aktrisa Riz Uizerspundan gedir. Nəşrin məlumatına görə, aktrisanın sərvəti 440 milyon dollar (təxminən 748 milyon manata yaxın) təşkil edir.

Belə ki, Riz bir neçə il əvvəl prodüser şirkəti olan “Hello Sunshine”ın əksər hissəsini 900 milyon dollara satıb. Eyni zamanda o, kino sənayesində ən yüksək maaş alan ulduzlardan biridir. “Səhər şousu” serialının son mövsümü üçün onun 20 milyon dollar qazandığı bildirilib.