Özündən 19 yaş kiçik iş adamı ilə ailə qurdu - Fotolar

Özündən 19 yaş kiçik iş adamı ilə ailə qurdu - Fotolar
12777 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Tatyana Bulanova üçüncü dəfə ailə qurub.

Axşam.az xəbər verir ki, ifaçı özündən 19 yaş kiçik keçmiş tennisçi, iş adamı Valeri Rudnevlə nikah masasına əyləşib. Toy ötən gün Sankt-Peterburqda baş tutub. Mərasimdə müğənninin oğulları 30 yaşlı Aleksandr və 16 yaşlı Nikita da iştirak edib.

Qeyd edək ki, Tatyana 1992-ci ildə musiqiçi Nikolay Taqrinlə ailə həyatı qurub. 2005-ci ildə cütlük boşanıb. Elə həmin il sənətçi futbolçu Vladislav Radimovla nikah masasına əyləşib. İkili 11 ildən sonra boşanıb.