Onlar Amerikanın ən varlı qadınlarıdır

Onlar Amerikanın ən varlı qadınlarıdır
1446 dəfə oxunub
  • A-
  • A
  • A+

"Forbes" jurnalı Amerikanın ən varlı qadınlarının siyahısını açıqlayıb.

Axşam.az xəbər verir ki, siyahıda yer alanlar arasında dünya ulduzları da var.

Məşhur müğənni Rihanna siyahıda 20-ci sırada yer alıb. İfaçının gəliri 1,4 milyard dollar olaraq qiymətləndirilib. O, qazancını alt geyim markası “SavageXFenty” və gözəllik brendi olan “Fenty Beauty” ilə əldə edib.

34-cü yerdə qərarlaşan müğənni Teylor Sviftin qazancı 740 milyon dollardır.

Məşhur amerikalı müğənnisi Beyons isə 540 milyon dollar gəlirlə 48-ci sırada qərarlaşıb.