"Netflix"də yayımlanacaq "Kimler geldi, kimler geçti" serialında rol alacaq türkiyəli aktrisa Serenay Sarıkayanın üçüncü tərəf müqabilinin kimliyi də bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Ahmet Rıfat Şungar yer alacaq. O, layihədə "Sarp" obrazına həyat verəcək.
Qeyd edək ki, sözügedən serialda aktrisanın digər tərəf müqabilləri aktyorlar Metin Akdülger və Hakan Kurtaşdır.
Serenay hazırda "Aile" serialında rol alır və ekran işi 13-cü bölümdə mövsüm finalı edəcək.
