"Harri Potter"də canlandırdığı obrazla məşhurlaşan aktrisa Emma Uotson yeni eşqə yelkən açıb.
Axşam.az xəbər verir ki, o, Venesiyada amerikalı iş adamı Rayan Uolşla görüntülənib. Cütlük restoranda birlikdə şam edib.
Qeyd edək ki, Emma qısamüddətli olmaqla Uilyam “Mak” Nayt, aktyor Çord Overstrit, vençur kapitalı fondunun həmtəsisçisi Brendan Uolles, "Oculus"un baş direktoru Brendan İriba və kaliforniyalı biznesmen Leo Robintonla münasibətdə olub. O,bir ay əvvəl britaniyalı maqnat və milyarder Ser Filip Qrin oğlu Brendon Qrindən ayrılıb.
Rayan uzun illər texnologiya sahəsində çalışıb və "Walsh Consulting Group"un yaradıcısıdır.
