Müğənni Teylor Svift "The 1975" qrupunun solisti Metyu Helidən ayrılıb.
Axşam.az xəbər verir ki, buna səbəb ikilinin gərgin iş qrafiki, eləcə də xasiyyətlərindəki uyğunsuzluq olduğu bildirilib. Teylor və Metyu sonuncu dəfə müğənninin mayın 25-də verdiyi konsertdə birlikdə görüntülənib.
Qeyd edək ki, Teylor bundan əvvəl 6 il aktyor Co Elvinlə sevgili olub. İfaçı Metyu ilə 1 ay əvvəl eşq yaşamışdı.