Dünyaşöhrətli ispan mərhum rəssam Pablo Pikassonun sevgilisi Fransuaza Gilot vəfat edib.
Axşam.az xəbər verir ki, rəssam 101 yaşında xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Pikasso ilə Fransuaza arasında 40 yaş fərq olub. Cütlük 10 il sevgili olublar. Fransuaza dəfələrlə xəyanətə uğradığını əsas gətirərək 1953-cü ildə ondan ayrılıb. Onların iki övladı (Klod və Paloma) olub. Fransuaza daha sonra "Pikasso ilə həyatım"dır kitabını yazıb. Pikasso kitabın nəşrinə mane olsa da, üç məhkəmə prosesində uduzub. Bundan sonra o, Fransuaza və övladları ilə əlaqələrini kəsib.
Fransuaza 1956-cı ildə həmkarı Luk Simon ilə ailə qurub. Bu evlilikdən onun Oreliya adlı bir qızı dünyaya gəlib. Cütlük 1962-ci ildə qarşılıqlı razılaşma ilə boşanıblar.
O, 1970-ci ildə Poliomielitə qarşı ilk vaksinin yaradıcısı Conas Solkla ailə qurub.