Uzun müddətdir ekranda görünməyən türkiyəli aktrisa Gonca Vuslaterinin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "İki yabancı" serialında rol alacaq. O, layihədə prokuror obrazına həyat verəcək.
Xatırladaq ki, layihədə baş rolları aktyorlar Hande Erçəl və Burak Dəniz canlandıracaq.
Qeyd edək ki, aktrisa sonuncu dəfə 2022-ci ildə "Netflix"də yayımlanan "Sıcak kafa"da rol almışdı.