Natali Portman həyat yoldaşının xəyanətini bağışladı

Natali Portman həyat yoldaşının xəyanətini bağışladı
487 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Natali Portmanla ona xəyanət edən həyat yoldaşı, xoreoqraf Benjamin Millepied barəsində növbəti iddialar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, "Us Weekly"in məlumatına görə, 41 yaşlı aktrisa ona 25 yaşlı fransalı fəal Kamil Etyenlə xəyanət edən 45 yaşlı Benjamini bağışlayıb.

Nəşrə cütlüyə yaxın mənbədən verilən məlumata görə, Portman özünü alçaldılmış hiss etsə də, boşanmaq fikrində deyil. Onun üçün Benjaminin bu hərəkəti heç bir əhəmiyyət kəsb etməyib.

Qeyd edək ki, Natali ilə Benjamin arasında problemlərin olduğu aktrisanın Kann Film Festivalına tək qatılmasından sonra yaranıb. Lakin cütlük bir müddət sonra Beyonsun konsertində və şam yeməyində səmimi görüntüləniblər.

Cütlüyün Alef və Amaliya adlı iki övladı var.