İngilis aktrisa Culi Qudyerə demensiya (əqli qabiliyyətin pisləşməsi) diaqnozu qoyub.
Axşam.az xəbər verir ki, bu barəd' onun həyat yoldaşı Skott Brend məlumat yayıb. Onun sözlərinə görə, tibbi müayinədən sonra Qudyerin vəziyyətinin bir daha yaxşılaşa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, Culi "Coronation Street"də yaratdığı obrazla tanınıb.