“Beverly Hills 90210” serialında canlandırdığı obrazla məşhurlaşan aktrisa Şannen Doherti xəstəliyindən danışıb.
Axşam.az xəbər verir ki, aktrisa süd vəzisində aşkarlanan xərçəng hüceyrələrinin digər orqanlara, beyninə yayıldığını açıqlayıb. O, müalicəsinin davam etdiyini bildirib.
Qeyd edək ki, Doherti və İsvarenko 2011-ci ilin oktyabrında evləniblər. Aktrisaya 2015-ci ildə döş xərçəngi diaqnozu qoyulub. Xəstəlikdən sağalsa da 2020-ci ildə o, xərçəngin dördüncü mərhələdə qayıtdığını açıqlayıb.