Amerikalı məşhur müğənni-aktyor Conni Deppin də yer aldığı “Hollywood vampires” qrupu konsert vermək üçün İstanbula gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl topuğundan aldığı zədəyə görə Amerikada 3 konsertini təxirə salan ifaçı İstanbuldakı çıxışından imtina etməyib.
Nişantaşında hotelin qarşısında görüntülənən Depp jurnalistlərə türk dilində təşəkkür edib.