Apreldə barışan müğənni Şon Mendesla həmkarı Kamila Kabello yenidən ayrılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük bu dəfə münasibətlərinə yeni şans verməmək qərarı ilə vidalaşıblar. Ulduz musiqiçilər bir-birlərinə uyğun olmadıqlarını anladıqları üçün bu qərarı veriblər.
Qeyd edək ki, müğənnilər 2019-cu ilin yayında görüşməyə başlayıblar. Tezliklə onlar Grammy mükafatına namizəd olan "Senorita" adlı birgə sinqlı buraxdılar. 2021-ci ilin noyabrında isə cütlük ayrıldıqlarını elan etmişdi.