“Qladiator 2”nin çəkiliş meydançasında partlayış - 6 yaralı var

“Qladiator 2”nin çəkiliş meydançasında partlayış - 6 yaralı var
788 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qladiator 2” filminin Mərakeşdə aparılan çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Axşam.az xəbər verir ki, döyüş səhnələrindən birinin çəkilişi zamanı partlayış olub və heyətin 6 üzvü yaralanıb.

"Variety"nin məlumatına görə, ağır yanıq xəsarəti alan 4 nəfər hələ də xəstəxanadadır.

Qeyd edək ki, "Qladiator"un birinci bölümündə baş rolu Hollivud ulduzu Rassel Krou canlandırsa da, ikinci bölümdə bu iş Pol Meskalə həvalə olunub.