Spirtli içkidən zəhərlənən aktyorun vəziyyəti ağırdır

Spirtli içkidən zəhərlənən aktyorun vəziyyəti ağırdır
3641 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Şekip Taşpınar xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, aktyorun spirtli içkidən zəhərləndiyi bildirilib. Muğladakı Sıtkı Koçman xəstəxanasında reanimasiyaya yerləşdirilən Şekipin vəziyyətinin ağır olduğu açıqlanıb.

Qeyd edək ki, aktyor "Kurtlar Vadisi Pusu", "Beyaz gelincik", "Behzat Ç", "Karadayı", "Cesur Yürek", "Arıza", "Kanunsuz topraklar" kimi seriallarda rol alıb.