Türkiyəli aktrisa Elçin Sangu mağazalardan birindən şikayətçidir.
Axşam.az xəbər verir ki, aktrisa müqavilənin bitməsinə rəğmən mağazanın onun şəkillərindən icazəsiz istifadə etdiklərini bildirib. Bunun üçün Elçin məhkəməyə müraciət edib.
Belə ki, şəkillər sosial şəbəkələr və müxtəlif yerlərdə reklam məqsədi ilə istifadə olunub. O, bunun müqabilində 101 min lirə (təxminən 7 259 manat) təzminat tələb edir.
Qeyd edək ki, sangu hazırda "Çöp adam" serialında rol alır.