Yoqurt yeyərək də arıqlaya bilərsiniz

Yoqurt yeyərək də arıqlaya bilərsiniz
1280 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Nastya Kamenskix gözəl bədəninin sirrini açıqlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, arıqlamağına görə yoqurta borclu olduğunu deyib.

Müntəzəm olaraq yoqurt yeyən və bununla həm ağız dadını korlamayan, həm də bədənini formada saxlayan Nastyadan əlavə bir çox dünya məşhurları da məhz bu üsulla artıq çəkilərdən azad olurlar. Xüsusilə də çimərlik mövsümünün yaxınlaşmasını nəzərə alan xanımlar üçün yoqurt ideal qida hesab olunur. Sağlam qidalanma tərəfdarı olanlar bu məhsuldan yararlanmaqla maddələr mübadiləsinin yaxşılaşmasına və qarın nayihəsində olan ağrıların və narahatlıqların aradan qaldırılmasına şərait yaratmış olarlar.