Qış xəstəliklərindən qoruyan çaylar

Qış xəstəliklərindən qoruyan çaylar
942 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış aylarında soyuqdəymədən əziyyət çəkən insan demək olar ki, azdır. Bunun üçün soyuq havalarda immunitetinizi gücləndirəcək qidalara üstünlük verməlisiniz.

Axşam.az qışda qida rasionunuza daxil etməli olduğunuz bitkiləri təqdim edir:

Qoxusu bir qədər xoşagəlməz olsa da, şüyüd çayının bir çox faydası olduğu bilinir. A və B kompleksi, C və D vitaminləri ilə antioksidantlarla zəngin olan şüyüd çayı qış aylarında tez-tez tutulan soyuqdəymə əlamətlərini yatırır və bədəndəki bakteriyalarla mübarizə aparır. Həm də immunitet sistemini dəstəkləyir və bədənin sürətli bərpasına kömək edir.

Qoxusu və görünüşü ilə şam ağacına bənzəyən və ət yeməklərinə dad vermək üçün də istifadə edilən rozmarin həm isti, həm də soyuq içilə bilən çayı sayəsində çoxsaylı faydalar təqdim edir. Tərkibindəki vitaminlərlə immuniteti gücləndirən və maddələr mübadiləsinin xəstəliklərlə mübarizə aparmasına kömək edən şüyüd, antioksidant sıxlığı sayəsində bədəndən toksinlərin çıxarılmasına da kömək edir.

Mənşəyi və istehlakı qədim dövrlərə gedib çıxan adaçayı ekstraktlarının tərkibində immunitet sistemini gücləndirən polifenollar var. Tərkibindəki uçucu komponentlər sayəsində infeksiyanın, həmçinin qrip və soyuqdəymə nəticəsində yaranan boğaz və ağızda iltihabın qarşısını alır. Tərkibindəki bol antioksidant komponentlərin Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olduğu da məlumdur.

Pişirmədə ədviyyat şəklində və ya qurudulmuş şəkildə istifadə etməyə öyrəşdiyimiz zərdəçal son vaxtlar çay kimi də istehlak edilir. İmmunitet sistemini gücləndirdiyi və soyuqdəymə kimi xəstəliklərin qarşısını aldığı üçün mükəmməl qış çayı olan zerdeçal, tərkibində bol olan və rəngini verən curcumin sayəsində xəstəliklərin sağalmasını da sürətləndirir.

Xüsusilə son illərdə çox məşhurlaşan qızılgül, immunitet sistemini gücləndirən ən yaxşı komponentlərdən biri olan C vitamini ilə zəngin olduğu bilinir. Vitamin C ağ qan hüceyrələrini stimullaşdırır və həmçinin astmanın qarşısının alınması və tənəffüs sisteminin ümumi sağlamlığı üçün faydalıdır. Lakin xassələrini itirməmək üçün itburnu çayını qısa müddətə dəmləyib sonra tez istehlak etmək vacibdir.

Faydaları saysız-hesabsız olan zəncəfil qrip, soyuqdəymə, boğaz ağrıları və öskürəyin yanında ürək bulanmasına da faydalıdır. Qış xəstəliklərindən qoruyan zəncəfil çayının tərkibində həzm sistemini sakitləşdirən komponentlər də var. Lakin kifayət qədər güclü dadı olduğu üçün zəncəfil dəmlənərkən bunu nəzərə almaq lazımdır.

Tropik iqlimlərdə böyüyən darçın ümumiyyətlə ədviyyat kimi tanınsa da, çay kimi də istehlak edilə bilər. Darçın çayı qabıq və ya toz darçın istifadə edərək hazırlana bilər. Onun qabıqlarından çay hazırlamaq, tərkibindəki efir yağlarından faydalanmağa imkan verir. Soyuqdəymələrin artdığı qış aylarında yüksək miqdarda C vitamini qaynağı olan limonla birlikdə istehlak etmək infeksiya riskini azaldır, həm də boğaz ağrılarına qarşı çox təsirlidir.

Çobanyastığı çayının tərkibindəki komponentlər sayəsində çox təsirli bir antibakterial olduğu bilinir. Qışda tez-tez rastlaşdığımız soyuqdəymə, boğaz ağrısı və burun tıkanıklığı kimi şikayətləri azaltmaq üçün olduğu kimi immun sistemini gücləndirmək üçün də istehlak edilə bilər.