İzlənildiyini deyən Nura yalan danışıbmış - Video

İzlənildiyini deyən Nura yalan danışıbmış - Video
3137 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Nura Suri tanımadığı şəxs tərəfindən izlənildiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "İncə səhər" verilində danışıb. O, yeni klipinin təqdimatı üçün izləyicilərini aldatdığını etiraf edib.

"Xarici müğənnilər və tanınmışlar bir mahnını çıxarmazdan əvvəl belə bir “promo” videolar çəkib sosial şəbəkə hesabında paylaşırlar. Bu videonu isə daha peşəkar səviyyədə çəkirlər. Düşündüm ki, bunu peşəkar səviyyədə çəksəm, bizimkilər tutacaq. Ona görə də qərar verdim ki, telefonun kamerasına çəkim. Bunu biz etdik və bir də baxdım ki, bu videonu bütün saytlar yayımlayıb və bu barədə xəbər yazıblar. Deyirlər ki, “yalançının evi yandı, heç kim ona inanmadı" deyə, Nura bildirib.

Qeyd edək ki, ifaçı ötən həftə videolar yayaraq tanımadığı şəxsin onu təqib etdiyini vurğulamışdı.