İraqda tiktoker qətlə yetirildi

İraqda tiktoker qətlə yetirildi
696 dəfə oxunub
  • A-
  • A
  • A+

İraqda TikTok-da paylaşdığı videolarla məşhurlaşan Om Fahad adlı qadın Bağdaddakı evinin qarşısında güllələnib.

Axşam.az xəbər verir ki, naməlum silahlı şəxs motosikletlə Fahadın avtomobilinə yaxınlaşaraq qapısını açıb və fenomenə bir neçə dəfə atəş açıb.

İraq Daxili İşlər Nazirliyi qətli araşdırmaq üçün xüsusi istintaq qrupu yaradıb. 

Qeyd edək ki, Fahad ötən ilin fevralında sosial mediada ictimai ədəb və əxlaq standartlarını pozan bir neçə video yayımladığına görə 6 ay müddətinə həbs edilmişdi.