Nura Suri onu güdən şəxsi ifşa etdi - Video

Nura Suri onu güdən şəxsi ifşa etdi - Video
2561 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri tanımadığı şəxs tərəfindən izlənildiyini bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə  sosial şəbəkədə paylaşım edib. O, həmin şəxsin görüntülərini çəkərək bunları deyib:

"Dostlar iki gündür bir video çəkib sizinlə bölüşmək istəyirəm. Deməli, hara gedirəmsə, üzünü tam görə bilmədiyim bir papaqlı oğlan deyəsən, məni güdür. Şikayət edə də bilmirəm, çünki bilmirəm ki, kimdir, məndən nə istəyir, yoxsa təsadüfdür. İndi evdən çıxıram, aşağı düşəcəyəm, əgər həmin şəxs məhəllədə olarsa, görüntüsünü çəkib sizinlə paylaşacağam. Bu məsələ mənim özümə də çox təəccüblüdür".

Daha sonra müğənni həmin şəxsin onu məhəllədə və marketdə də təqib etdiyini izləyiciləri ilə bölüşüb.