36 üçəm doğulub

36 üçəm doğulub
548 dəfə oxunub
  • A-
  • A
  • A+

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınıb.

Bu barədə Axşam.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub.

Bildirilib ki, doğulan körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulub.