Türkiyədə güclü zəlzələ oldu, məktəblər bağlandı - Yenilənib

Türkiyədə güclü zəlzələ oldu, məktəblər bağlandı - Yenilənib
2590 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5,99 kilometr dərinlikdə baş verən zəlzələ bir çox əyalətlərdə hiss olunub.

Təbiət hadisəsi nəticəsində Buğdağlı kəndində bəzi evlər uçub. Sulusaray, Artova və Yeşilyurt rayonlarında isə məktəblər bağlanıb.

***

Türkiyənin Tokat şəhərində baş verən zəlzələ nəticəsində bir nəfər xəsarət alıb, evlərə ziyan dəyib.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Zəlzələnin təsiri ilə Yozqat şəhərində 3 ev ciddi zərər görüb, Tokarda isə iki məscidin minarələri dağılıb.