Nurəddin Mehdixanlı Cəlilabadda Xarıbülbül yetişdirib

Nurəddin Mehdixanlı Cəlilabadda Xarıbülbül yetişdirib
968 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nurəddin Mehdixanlı Şuşanın simvolu olan Xarıbülbül gülünü Cəlilabadın Tahirli kəndində yetişdirib. 

Axşam.az xəbər verir ki, aktyor bu haqda "Baku TV"yə müsahibəsində danışıb. O bildirib ki, illər əvvəl həmin çiçəyi Tahirli kəndində özü əkib:

"1978-ci ildə universiteti bitirib, əsgərliyə getdi. Bitirib qayıdanda qardaşım Habillə Şuşaya Firəngiz Mütəllimovagilə getdik. Biz onunla tələbə yoldaşı olmuşuq. Anası bizə dedi ki, bir şey verəcəyəm, özünüzlə aparın. Götürdük apardıq. Qardaşım Habillə Tahirli kəndində dağın başında əkdik, bir hissəsini də evə gətirdik. Xarıbülbülün Cəlilabada gətirilməsinin və orada bitməsinin tarixi budur".