Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
1416 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.