485 nəfər buraxılış imtahanına gəlməyib

485 nəfər buraxılış imtahanına gəlməyib
504 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda qeyd olunub.

Tələb olunan imtahan qaydalarını pozduqları üçün isə 5 nəfərin nəticəsi ləğv edilib.