Temperatur 31 dərəcəyə yüksəlib - Faktiki hava

Temperatur 31 dərəcəyə yüksəlib - Faktiki hava
766 dəfə oxunub
  • A-
  • A
  • A+

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Axşam.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.