Madonnanın konsertinə 1,6 milyon insan gəldi - Fotolar

Madonnanın konsertinə 1,6 milyon insan gəldi - Fotolar
645 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Madonnanın Braziliyanın Kopakabana çimərliyindən konserti baş tutub.

Axşam.az xəbər verir ki, açıq havada keçirilən konsertə 1,6 milyon insan toplaşıb. "The Guardian"ın məlumatına görə, tədbir "Celebration World Tour" çərçivəsində keçirilib və giriş pulsuz olub.

Təkcə çimərlik deyil, həm də Rio-de-Janeyroya bitişik küçələr insanlarla dolu idi. Rio-de-Janeyroda havanın temperaturu gün ərzində 30 dərəcəyə, konsert zamanı isə 27 dərəcəyə çatdığı üçün içməli su konsertə gələnlərə pulsuz paylanılıb.

65 yaşlı ifaçının iki saatdan çox davam edən konsertində üç mindən çox polis əməkdaşı çalışıb. Ştat və şəhər hakimiyyət orqanları konsertin təşkili üçün təxminən 3,94 milyon dollar xərclədiklərini deyiblər. Qalan xərclər özəl investorlar tərəfindən ödənilib.