Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
492 dəfə oxunub
  • A-
  • A
  • A+

"Titanik" (1997) və "Üzüklərin hökmdarı" filmlərindəki rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hill yarım əsrdən çox vaxtını televiziya, kino və teatrda keçirib. O, tamaşaçılara ilk növbədə Piter Ceksonun “Üzüklərin hökmdarı” filminin ikinci və üçüncü hissələrində Rohan Kralı Teoden rolu, eləcə də Ceyms Kemeronun mükafata layiq görülən filmində “Titanik”in kapitanı Edvard Smit rolu ilə tanışdır.