"Heç biri onunla vidalaşmağa gəlmədi" - Foto

"Heç biri onunla vidalaşmağa gəlmədi" - Foto
5951 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib:

"Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz?

Allah hər ikisinə rəhmət eləsin…".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.