“Nadan” tamaşası nümayiş olunacaq

“Nadan” tamaşası nümayiş olunacaq
274 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 2-də saat 19:00-da Bakıdakı Rus evinin platformasında “Nadan” tamaşası gənc tamaşaçıların diqqətinə təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, Azərbaycan tamaşaçısının qarşısında “Vunderkind məktəbi” özəl ümumtəhsil müəssisəsinin (Sankt-Peterburq) teatr truppası çıxış edəcək.

25 illik səmərəli fəaliyyət ərzində məktəbdə yüksək peşəkarlığa malik olan kollektiv formalaşdırılıb. “Vunderkind məktəbi” özəl ümumtəhsil müəssisəsinin əlavə təhsil istiqamətlərindən biri də məktəbin direktoru Andrey Mixayloviç Brajnikin rəhbərlik etdiyi “Azyaşlı” teatr studiyasıdır.

Hər il studiya xeyriyyə tamaşası keçirir və onunla qastrollara gedir. Gənc artistlər artıq Almaniya, Latviya, Yaponiya və Çinə qastrol səfərləri ediblər.

Tamaşaya giriş pulsuzdur.