“Dəli yığıncağı” nümayiş olunacaq

“Dəli yığıncağı” nümayiş olunacaq
250 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Axşam.az-ın məlumatına görə, Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun hazırlanan səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və digər aktyorlar ifa edir.