Müğənninin biznesi batdı, borca düşdü

Müğənninin biznesi batdı, borca düşdü
2000 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vüsal Əliyevin biznesi batıb. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, restoran işi bir neçə aydır dayanıb:

"Plansız şəkildə bu işdə daxil oldum. Dostum dəvət etdi, razılaşdım. 3 ildi var idi. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirdi. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm".

V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib. 

İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyob. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib.